Bank Of Baku

Nəsimi rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib

Nəsimi rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib
# 29 dekabr 2006 11:47 (UTC +04:00)
Dünən Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə 4-cü mikrorayonda yaşayan Fikrət Abbaszadəyə məxsus 3 otaqlı mənzildə olub. Nəticədə evin 2 otağının yanar konstruksiyaları və içindəki əşyalar yanıb, F.Abbaszadənin qızı, 1999-cu il təvəllüdlü Leyla Abbaszadə tüstüdən boğularaq ölüb. F.Abbaszadənin özü və həyat yoldaşı Mətanət Abbaszadə isə müxtəlif yanıq xəsarəti alıblar. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti orta-ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR