Bank Of Baku

“BAKI Terminal Komp LTD”-nin fəhlələrinə iki aydır əmək haqları verilmir

“BAKI Terminal Komp LTD”-nin fəhlələrinə iki aydır əmək haqları verilmir
# 29 dekabr 2006 13:23 (UTC +04:00)
“BAKI Terminal Komp LTD”-nin fəhlələrinə iki aydır əmək haqları verilmir. Bu barədə APA-nın Mil-Muğan bürosuna “BAKI Terminal Komp LTD”-nin Əli Bayramlı şəhərində hündür mərtəbəli binalarda məişət tipli qaz sayğaclarını quraşdıran fəhlələri məlumat verib. İş icraçıları Tofiq Ağayev və Ədalət Əkbərov deyiblər ki, onlar oktyabrın 21-dən Əli Bayramlı şəhərində yeddi binada qaz sayğacları quraşdırıblar və məvaciblərinin cüzi hissəsini alıblar. Sifarişçi görülən işlərə görə pulu ödəsə də, Binəqədi rayonunda yerləşən “BAKI Terminal Komp LTD”-nin müdiri onları aldadaraq məvaciblərini ödəmir. Ancaq məvacibin bankdan götürüldüyü bildirilir. Yeni il ərəfəsində pula ehtiyacı olan fəhlələr ölkə prezidentinə müraciət ünvanlayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR