Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovla görüşüblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovla görüşüblər
# 29 dekabr 2006 13:23 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nin Bakı nümayəndəliyindən məlumat verilib. Nümayəndəlikdən bildirilib ki, qurumun əməkdaşları S. Məmmədovun ailəsinin yazdığı məktubu əsirə çatdırıblar. Bu, BQXK nümayəndələrinin azərbaycanlı hərbçi ilə üçüncü görüşüdür. Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S. Məmmədov hərbi xidmətə bir il əvvəl Bərdə hərbi komissarlığından çağırılıb. S. Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada - Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR