Bank Of Baku

Milli Məclisdə Rəqabət Məcəlləsinin müzakirəsi mübahisəyə səbəb olub

Milli Məclisdə Rəqabət Məcəlləsinin müzakirəsi mübahisəyə səbəb olub
# 29 dekabr 2006 13:30 (UTC +04:00)
Milli Məclisin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Hərbi xidmətin əsasları haqqında” qanuna texniki xarakterli dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Pənah Hüseyn bildirib ki, qanuna aspirantların hərbi xidmətə çağırışı ilə bağlı dəyişiklik edilməsindən sonra bəzi problemlər yaranıb. Qanunun geriyə qüvvəsinin olmadığını xatırladan P. Hüseyn buna baxmayaraq, bəzi hərbi komissarlıqların hazırda aspirantura təhsili alan gənclərə problemlər yaratdığını deyib: “Həm aspirantların özlərini, həm də ailə üzvlərini tez-tez hərbi komissarlıqlara çağırıb onları narahat edirlər”. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bu məsələ ilə maraqlanacağını və problemin həll olunacağını söyləyib.
“Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı çıxış edən Nizami Xudiyev sənəddə yetkinlik yaşına çatmayanların dəqiqi yaşının göstərilmədiyini bildirib. Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli isə digər qanunlarda yetkinlik yaşının konkret göstərildiyini deyib. Onun sözlərinə görə, yetkinlik yaşı 18 yaş hesab olunur.
Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı deputatlara İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib. Komissiya sədrinin məruzəsindən dərhal sonra bəzi deputatların layihənin səsə qoyulması barədə təklifi Pənah Hüseynin etirazına səbəb olub: “Məcəlləyə başdansovdu münasibət təəssüf doğurur. Bu Məcəllə olduqca vacib bir sənəddir və xüsusilə Azərbaycanda inhisarçılığa qarşı mübarizənin aparıldığının iddia edildiyi bir vaxtda bu sənədin üzərində ciddi işləmək lazımdır. Mən dəqiq bilirəm ki, Məcəlləni başdansovdu qəbul etmək istəyənlər bu sənədi oxumayıblar”.
Mübariz Qurbanlı da çıxışları tez yekunlaşdırmağı tələb edən deputatların düzgün mövqe tutmadıqlarını bildirib: “Deputat olaraq çıxış etmək mənim hüququmdur. İstəsəm, burada on dəqiqə “Qurani Kərim”dən moizə oxuyaram”. M. Qurbanlı da Məcəllənin üzərində ciddi iş aparılmasını vacib sayıb. Şəmsəddin Hacıyev isə sənədi tənqid edib. Onun fikrincə, layihədə rəqabət anlayışı düzgün izah olunmayıb. Bundan sonra Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edilib.
İclasda həmçinin “Teatr və teatr fəaliyyəti haqqında” qanun üçüncü oxunuşda qəbul edilib və GUAM-la bağlı bəzi bəyannamələr təsdiq olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR