Bank Of Baku

Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun 75 illik yubileyi keçirilib

Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun 75 illik yubileyi keçirilib
# 29 dekabr 2006 14:08 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun 75 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov deyib ki, Təhsil Problemləri İnstitutunun təhsil sahəsi üzrə göstərdiyi xidmətlərə görə 11 əməkdaşı Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, 17 nəfərin isə Fəxri Fərmanla təltif olunub. Nazir bu institutun əməkdaşlarına verilən yüksək adları təhsilə göstərilən xüsusi diqqət kimi qiymətləndirib.
İnstitutun direktoru Abdulla Mehrabov da institutun işçilərinə göstərilən diqqətə görə təşəkkür edib. Tədbirin sonunda ölkə prezidenti İlham Əliyevə Təhsil Problemləri İnstitutunun kollektivi adından müraciət qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR