Bank Of Baku

Təhsil Nazirliyi kurrikulumun tətbiqi üçün müəllim hazırlığına başlayacaq

Təhsil Nazirliyi kurrikulumun tətbiqi üçün müəllim hazırlığına başlayacaq
# 29 dekabr 2006 14:51 (UTC +04:00)
Təhsil Nazirliyi 2008-2009-cu ildən tədrisdə tətbiq ediləcək kurrikuluma hazırlıq məqsədilə müəllim hazırlığı prosesinə başlayır. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə yanvarın son həftəsində Kurrikulum islahatı alt komponenti üzrə rayon, şəhər təhsil şöbələrinin metodistləri üçün təlim kursları keçiriləcək. Fevralın əvvəlindən isə yerlərdə mütəxəssislərin iştirakı ilə ibtidai sinif müəllimləri üçün öyrədici seminarların təşkili nəzərdə tutulur. Bununla əlaqədar metodistlər üçün təlim kursunun tədris planı, proqramı və məşğələ cədvəlləri hazırlanıb, məşğələləri aparacaq mütəxəssislər müəyyənləşdirilib. Hazırda mühazirə mövzularının tezisləri tərtib olunur. Təlim kursu dövründə həmin materiallar çap edilərək iştirakçılara çatdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR