Bank Of Baku

Nəsimi rayonundakı yanğında bir nəfər ölüb

Nəsimi rayonundakı yanğında bir nəfər ölüb
# 29 dekabr 2006 15:00 (UTC +04:00)
Dekabrın 28-dən 29-a keçən gecə Nəsimi rayonu 4-cü mikrorayon Ə. İsgəndərov küçəsi, 1 “A”, mənzil 1 ünvanında yanğın baş verib. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən məlumat verilib. Hadisə barədə Dövlət Yanğıdan Mühafizə Xidmətinə saat 00:39-da məlumat daxil olub. Yanğınsöndürən avtomobillər saat 00:50-də hadisə yerinə çatıb. Yanğın saat 01:12 də söndürülüb. Yanğın nəticəsində 1975-ci il təvəllüdlü Abbaszadə Hikmət Fikrət oğluna məxsus ümumi sahəsi 34 kv.m. olan 3 otaqlı mənzilin 2 otaq və dəhlizinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 22 kv.m. sahədə yanıb. Digər otaq və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı 1999-cu il təvəllüdlü Abbaszadə Leyla Hikmət qızının meyiti aşkarlanıb. Hadisə nəticəsində ev sahibi ilə həyat yoldaşı 1973-cü il təvəllüdlü Abbaszadə Mətanət İsmayıl qızı 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım tərəfindən 5 saylı xəstəxananın yanıq şöbəsinə aparılıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda təhqiqat aparılır, dəyən ziyan müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR