Bank Of Baku

Xaldan Mingəçevir yolunda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Xaldan Mingəçevir yolunda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 02 yanvar 2007 15:47 (UTC +04:00)
Yevlax Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Mingəçevirdə qaçqın şəhərciyində məskunlaşmış Laçın rayon sakini, 1976-cı il təvəllüdlü Polad Mütəllim oğlu Hüseynovun idarə etdiyi VAZ 21-06 markalı 66 BD 169 dövlət nömrə nişanlı avtomobil, Mingəçevir istiqamətində irəliləyən VAZ 21-011 markalı 63 CB 005 nömrəli avtomaşınla toqquşub. Nəticədə VAZ 21-011 markalı avtomaşının sürücüsü Vidadi Firudin oğlu İsmayılov və onun idarə etdiyi avtomobildə olan 1954-cü il təvəllüdlü Validə Əbdülrəhman qızı İsmayılova, həmçinin digər avtomobilin sürücüsü Polad Mütəllim oğlu Hüseynov hadisə yerindəcə həlak olublar. Maşınlarda olan digər beş sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı Yevlax Rayon Prokrorluğunda cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR