Bank Of Baku

Bərdədə yol qəzasında bir nəfər həlak olub, yeddi nəfər yaralanıb

Bərdədə yol qəzasında bir nəfər həlak olub, yeddi nəfər yaralanıb
# 07 yanvar 2007 15:17 (UTC +04:00)
Bərdə Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Bərdə rayon Mirzəxan kənd sakini 1969-cu il təvəllüdlü Elnur Alıyevin idarə etdiyi 10 FM 961 dövlət nömrə nişanlı VAZ 2108 markalı avtomaşın 1969-cu ildə anadan olmuş Şükür Adıgözəlovun idarə etdiyi 10 LH 069 nömrəli VAZ 21099 markalı minik maşını ilə toqquşub. Nəticədə VAZ 2108 markalı “Jiquli”nin sərnişini 1969-cu ildə Bərdənin Mirzəxan kəndində anadan olmuş Kəmalə Muradova hadisə yerində keçinib. Sürücülər və və beş nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR