Bank Of Baku

Gəncədə region jurnalistləri üçün “KİV-də QİÇS mövzusunun işıqlandırılması” mövzusunda seminar-treninq keçirilir

Gəncədə region jurnalistləri üçün “KİV-də QİÇS mövzusunun işıqlandırılması” mövzusunda seminar-treninq keçirilir
# 08 yanvar 2007 09:42 (UTC +04:00)
Bu gündən etibarən Gəncə Müstəqil Jurnalistika Mərkəzində region jurnalistləri üçün “KİV-də QİÇS mövzusunun işıqlandırılması” mövzusunda 3 günlük seminar-treninq işə başlayıb. Bu barədə APA-nın qərb bürosuna məlumatı jurnalist-ekspert Zeynal Məmmədli verib. Onun sözlərinə görə, artıq Bakıda redaktorlar və yazarlar üçün təşkil olunan seminar Gəncədən sonra Masallı və Qubada da davam etdiriləjək. Trener Zeynal Məmmədli və Fərəh Sabirqızı region jurnalistlərinin QİÇS-lə bağlı yazıların hazırlanmasında peşəkarlıqlarını artırmaq, onları bu sahədə olan son termin və standartlarla tanış etmək məqsədilə 3 gün müxtəlif mövzularda söhbət edəcəklər. “QİÇS bu gün bütün dünyada, o cümlədən Azərbaycanda artıq aktual mövzudur. Lakin jurnalistlər bu mövzularda materiallar hazırlayarkən çox diqqətli və ehtiyatlı olmalıdırlar. Çünki həmin yazılar və süjetlər maarifləndirmə xarakterli olmaqla yanaşı, insanları təşvişə salmamalıdır. Biz regionda fəaliyyət göstərən jurnalistlərə bu və digər vacib məsələlər barədə danışacağıq” deyə Fərəh Sabirqızı qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR