Bank Of Baku

Qobustan qapalı həbsxanasında baş vermiş yanğın zamanı məhbus Mahir Mustafayevin ölümü ilə bağlı araşdırma başa çatıb

Qobustan qapalı həbsxanasında baş vermiş yanğın zamanı məhbus Mahir Mustafayevin ölümü ilə bağlı araşdırma başa çatıb
# 08 yanvar 2007 10:43 (UTC +04:00)
Qobustan qapalı həbsxanasında baş vermiş yanğın zamanı dünyasını dəyişmiş ömürlük azadlıqdan məhrum edilmiş Mahir Mustafayevin ölümü ilə bağlı Qaradağ rayon prokurorluğunda aparılan araşdırma yekunlaşıb. Qaradağ rayon prokuroru Tariyel Qurbanov APA-ya açıqlamasında bildirib ki, faktla bağlı cinayət işinin başlanması rədd olunub. Onun sözlərinə görə, araşdırmalar zamanı məhkumun ölümündə cinayət tərkibinin əsasları müəyyən edilməyib. Qeyd edək ki, M. Mustafayev Qobustan qapalı həbsxanasının 5 saylı korpusunda saxlanılıb. Epilepsiya xəstəliyindən əziyyət çəkən M. Mustafayevin siqaret çəkən zaman yol verdiyi ehtiyatsızlıq yanğına səbəb olub. Ağır yanıq xəsarətləri alan məhkum Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M. Mustafayev barəsindəki hökmdə qeyd olunub ki, o, tanışının mənzilinə soyğunçuluq məqsədilə hücum edib. Mənzili qarət etdikdən sonra isə evə od vurub. Yanğın zamanı ev sahibi və onun hamilə həyat yoldaşı faciəli şəkildə həlak olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR