Bank Of Baku

Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiasına yanvarın 12-də baxılacaq

Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiasına yanvarın 12-də baxılacaq
# 08 yanvar 2007 10:44 (UTC +04:00)
Yanvarın 12-də Binəqədi Rayon Məhkəməsində Müstəqil Azərbaycan Universitetinin (MAU) 125 tələbəsinin iddiası ilə bağlı növbəti iclas keçiriləcək. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vüqar Süleymanovun APA-ya verdiyi məlumata görə, bu iclasda iddia ilə bağlı yekun qərarın çıxarılacağı gözlənilir. Məhkəmənin qərarından asılı olaraq tələbələrin müvafiq addım atacağını deyən V.Süleymanov iddialarının təmin olunmayacağı halda, yenidən aclıq aksiyalarına başlayacaqlarını qeyd edib. Komitə sədri məhkəmənin 2004-cü ildə MAU-ya 200-dən artıq balla qəbul olunmuş tələbələrin digər özəl ali məktəblərə köçürüləcəyi ilə bağlı qərar qəbul etməsini də istisna etməyib. Onun sözlərinə görə, hakimin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından 200-dən artıq bal toplamış tələbələrin siyahısını tələb etməsi bunu deməyə əsas verir: “Amma 2004-cü ildə MAU-ya daxil olmuş tələbələrin əksəriyyəti 200-dən az bal toplayıb. Buna görə də belə bir qərar qəbul ediləcəksə, biz bununla razılaşmayacağıq”. Xatırladaq ki, MAU-nun Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən tələbələri ötən il dekabrın 29-dan aclıq aksiyasını dayandırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR