Bank Of Baku

Lənkəran-Boradigah yolunda qəza baş verib

Lənkəran-Boradigah yolunda qəza baş verib
# 08 yanvar 2007 10:44 (UTC +04:00)
Lənkəran-Boradigah avtomobil yolunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə zamanı “Moskviç-2140” markalı 42 BY 861 dövlət nömrə nişanlı avtomaşın qoşqulu traktorla toqquşub. Nəticədə “Moskviç”in sürücüsü, 24 yaşlı Nahid Yaşar oğlu Baxşıyev müxtəlif bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onun vəziyyəti orta-ağırdır Traktorun sürücüsü qəza yerindən uzaqlaşsa da, Lənkəran Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən yaxalanıb. Onun kimliyi barədə məlumat verilmir. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR