Bank Of Baku

Cəlilabadda güclü yanğın olub

Cəlilabadda güclü yanğın olub
# 08 yanvar 2007 10:44 (UTC +04:00)
Cəlilabad rayonunun Sərhədəbad kəndində güclü yanğın baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, dörd saatdan artıq davam edən yanğın nəticəsində Naib Kərimova məxsus ikimərtəbəli yaşayış evi əşyalarla birlikdə yanıb. Şahidlərin sözlərinə görə, yanğın elektrik xətlərində gərginliyin normadan yüksək olmasından baş verib. Yanğınsöndürənlər hadisə yerinə gəlsə də, yanğını söndürmək mümkün olmayıb. İlkin araşdırmalar zamanı Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin əməkdaşları yanğının elektrik enerjisindən deyil, odun sobasından baş verdiyi qənaətinə gəliblər. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR