Bank Of Baku

Lənkəranda köhnə tikili sökülərkən bir fəhlə ölüb

Lənkəranda köhnə tikili sökülərkən bir fəhlə ölüb
# 08 yanvar 2007 10:44 (UTC +04:00)
Lənkəran şəhərində bədbəxt hadisə baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) rayon şöbəsinin köhnə binası sökülərkən iki fəhlə uçan divarların altında qalıb. Ətrafdakı şəxslər Lənkəran şəhər sakini, 45 yaşlı Şakir Hüseynovu və Lerik rayon sakini, Lənkəranda yaşayan 32 yaşlı Əfqan Rəhimovu uçqunun altından çıxarıblar. Onların hər ikisi Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Şakir Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Bədəninin müxtəlif hissələrində sınıqlar olan Əfqan Rəhimovun vəziyyəti isə qənaətbəxşdir. Bədbəxt hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi bildirilir. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR