Bank Of Baku

Gəncə Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinənlərin məhkəməsi yanvarın 15-ə təyin olunub

Gəncə Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinənlərin məhkəməsi yanvarın 15-ə təyin olunub
# 08 yanvar 2007 10:45 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İmaməli Əsgərovun sədrliyi ilə Gəncə Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən Zabit Kazımov və Pərviz Məmmədovun barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hazırlıq iclasının qərarı ilə iş üzrə məhkəmə baxışı yanvarın 15-ə təyin olunub.
Qeyd edək ki, prosesin Gəncədə keçirilməsi nəzərdə tutulsa da, sonradan prosesin Bakıda keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Z.Kazımova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Onunla bərabər eyni maşında olmuş Pərviz Məmmədova Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR