Bank Of Baku

2007-ci ilin ilk günlərində Gəncədə 3 yanğın hadisəsi baş verib

2007-ci ilin ilk günlərində Gəncədə 3 yanğın hadisəsi baş verib
# 08 yanvar 2007 10:45 (UTC +04:00)
Bu ilin ilk 8 günü ərzində Gəncədə 3 yanğın hadisəsi baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, ilk yanğın hadisəsi yanvarın 3-də saat 13.00 radələrində Heydər Əliyev və Atatürk prospektinin kəsişməsində yerləşən “Rizvan Petrol” yanacaqdoldurma məntəqəsinin yağlama sexində baş verib. Yanğının söndürülməsinə Kəpəz rayon Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin altı yanğınsöndürən maşını cəlb edilib və yanğının qarşısı alınıb. Yanğın nəticəsində sexin 50 kvadrat metr sahəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik texnikası qaydalarına düzgün riayət edilməməyidir. Gəncədə bu il ikinci yanğın hadisəsi yanvarın 3-dən 4-ə keçən gecə saat 02-00 radələrində Ələkbər Seyfi küçəsi, 6 ünvanında baş verib. Yanğının qarşısının alınmasına Nizami rayon Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin beş maşını cəlb olunub. Yanğın zamanı evin 120 kvadrat metr yaşayış sahəsinin 50 kvadrat metri yanıb. Yanğın zamanı 74 yaşlı Minayə Əsgərova xəsarət alıb, o, hər iki ayaq pəncəsinin II dərəcəli yanığı diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Şəhərdə üçüncü yanğın hadisəsi Firdovsi küçəsi, 1 ünvanında baş verib. Evin mətbəxində başlayan yanğının qarşısını almaq üçün dörd yanğınsöndürmə maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun evin digər hissəsinə keçməsinin qarşısı alınıb. Nizami rayon Dövlət Yanğın Təhlükəsizlik Xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, yanğının mətbəxdə istifadə olunan odun sobasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR