Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Samir Məmmədova dörd, Eldəniz Nuriyevə isə iki dəfə baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Samir Məmmədova dörd, Eldəniz Nuriyevə isə iki dəfə baş çəkiblər
# 08 yanvar 2007 10:46 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları ermənilərin ötən il dekabrın 24-də əsir götürdüyü Azərbaycan əsgəri Samir Nazim oğlu Məmmədova indiyədək dörd dəfə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyeva məlumat verib. G.Quliyeva bildirib ki, qurumun əməkdaşları S.Məmmədovun ailəsinin əsirə yazdığı iki məktubu ona çatdırıblar. Qurumun Dağlıq Qarabağdakı ofisinin əməkdaşları ermənilərin dekabrın 31-də əsir götürdüyü və hazırda Azərbaycanın işğal olunmuş ərazisində saxlanılan hərbçi Eldəniz Nuriyevə isə iki dəfə - yanvarın 3-də və 5-də baş çəkiblər. BQXK-nın əməkdaşları əsirlərin saxlanma şəraiti, fiziki-psixoloji vəziyyəti ilə bağlı monitorinq aparıblar. Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə 1 il əvvəl Bərdə Hərbi Komissarlığından çağırılıb. S.Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. 1976-cı il təvəllüdlü E.Nuriyev isə 2005-ci ilin iyulunda Ağsu rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, cəbhənin cənub istiqamətində, Füzuli rayonu ərazisində 2006-cı il dekabrın 31-də əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin azaraq əsir düşdüyünü aşıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov APA-ya bildirib ki, Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında əldə olunmuş şifahi razılığa əsasən, hərbi əsirlər tez bir zamanda qaytarılmalıdır: “Bu hərbçilər də Azərbaycana təhvil veriləcək. Bu istiqamətdə danışıqlar aparılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR