Bank Of Baku

Tender Monitorinqi Mərkəzi İctimai Birliyi hakim seçkiləri ilə əlaqədar yazılı imtahanın ikinci fazasının müşahidəsinin nəticələri ilə bağlı hesabat hazırlayıb

Tender Monitorinqi Mərkəzi İctimai Birliyi hakim seçkiləri ilə əlaqədar yazılı imtahanın ikinci fazasının müşahidəsinin nəticələri ilə bağlı hesabat hazırlayıb
# 08 yanvar 2007 11:03 (UTC +04:00)
Tender Monitorinqi Mərkəzi (TMM) İctimai Birliyi Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi ilə əlaqədar dekabrın 25-də keçirilmiş yazılı imtahanın 2-ci fazasının müşahidəsinin nəticələri ilə bağlı hesabat hazırlayıb. TMM-dən APA-ya verilən məlumata görə, hesabatın məqsədi hakim vəzifəsinə namizədlərin seçilməsində şəffaflığın təmin edilməsi, bununla bağlı qüvvədə olan normativ-hüquqi və normativ xarakterli aktların tətbiqinin vəziyyəti, imtahanın ikinci fazasında müşahidə olunan hallar və aparılmış anket sorğusunun cavabları əsasında ümumiləşdirmə aparmaqla müvafiq icra hakimiyyəti orqanlarına tövsiyələr hazırlamaq və təqdim etməkdən ibarətdir. Hesabatda qeyd olunub ki, imtahan zamanı bir sıra nöqsan və pozuntular aşkarlanıb. Belə ki, aparılmış təhlil zamanı müəyyən olunub ki, Məhkəmə Hüquq Şurasına qüvvədə olan qanunlarla yazılı imtahanının ikinci fazasını müəyyən etmək səlahiyyəti verilmədiyi halda, MHŞ yuxarıda göstərilən qaydaların qəbulu zamanı qanunla ona verilmiş səlahiyyət həddini aşıb. Tender Monitorinqi Mərkəzi İctimai Birliyi aparılan müşahidələrin nəticələri əsasında hesabat və tövsiyələr hazırlayıb. Tövsiyələrdə qeyd olunub ki, Məhkəmə Hüquq Şurası tərəfindən “Vakant Hakim Vəzifələrinə Hakim Olmayan Namizədlərin Seçilməsi Qaydaları” Azərbaycan Respublikası Konstitusiyası, “Məhkəmələr və Hakimlər haqqında” qanuna və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olmadığından yenidən hazırlanmalı və təsdiq edilməli, nəzarətçi müəllimlər seçilən zaman onların bu funksiyaları həyata keçirmək qabiliyyətinə malik olmaları müəyyənləşdirilməli, nəzarətçi müəllimlərin müəyyənləşdirilməsi zamanı namizədlərin cinsi tərkibinə uyğun olaraq gender balansı təmin edilməli, imtahan başlanmazdan əvvəl nəzarətçi müəllimlər tərəfindən namizədlərin imtahan başlandıqdan sonra getmələrinə icazə verilən yerlərə (tualet və namizədin imtahan başlayandan sonra getməsi ehtimal olunan digər yerlər) baxış keçirilməli, nəzarətçi müəllimlərin sayı artırılmalı və hər sıraya bir nəzarətçi müəllim təyin edilməli, imtahan başlayandan sonra nəzarətçi müəllimlərin auditoriyanı, müşahidəçilərin isə binanı tərk edib yenidən binaya və imtahan zalına qayıtması qadağan olunmalı, xəbərdaredici əhəmiyyətə malik olmasını nəzərə alaraq müşahidəçi kimi iştirak edən beynəlxalq və milli qeyri-hökumət təşkilatlarının sayı dəqiq göstərilməli, yaddaş kitabçası yenidən işlənməli, yazılı imtahanının birinci və ikinci fazalarının keçirilməsi tarixləri barədə vakant hakim vəzifələrinə hakim olmayan namizədlərə neçə gün əvvəldən məlumat verilməsi qaydası müəyyən edilməli, imtahanların normal temperatura malik auditoriyada keçirilməsi təmin olunmalı, yazılı imtahanların cavablarının obyektivliyini təmin olunması üçün HSK cəmiyyətdə xüsusi nüfuza malik QHT-lərin təqdim etdikləri tanınmış və nüfuzlu hüquqşünaslardan ibarət tərkibdə Alternativ Komissiya yaradılmalı, keçirilməsi nəzərdə tutulan şifahi imtahan mərhələsində namizədlərin suallara cavab verilməsi mərhələsinin videoçəkilişi aparılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR