Bank Of Baku

Bakı-Naxçıvan və əks istiqamətə təyyarə reysləri qrafik üzrə həyata keçirilir

Bakı-Naxçıvan və əks istiqamətə təyyarə reysləri qrafik üzrə həyata keçirilir
# 08 yanvar 2007 12:17 (UTC +04:00)
Bakı-Naxçıvan və əks istiqamətə uçuşlarda yaranan problem tamamilə aradan qaldırılıb. Bu barədə APA-ya Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəsi Rəşad Qulamov məlumat verib. R.Qulamov bildirib ki, Naxçıvanda hava şaxtalı olsa da, hər hansı duman müşahidə olunmur. Ona görə də təyyarə reyslərinin uçuşu qrafik üzrə həyata keçirilir. R. Qulamovun sözlərinə görə, gündəlik reyslərin uçuşunda bir saata yaxın gecikmələr olur. Günün sonunda isə bütün reyslərin uçuşu həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR