Bank Of Baku

TQDK Gəncədə sınaq imtahanı keçirib

TQDK Gəncədə sınaq imtahanı keçirib
# 08 yanvar 2007 12:26 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul qaydalarının yeni modelinə uyğun olaraq Gəncədə sınaq imtahanı təşkil edib. Komissiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, artıq belə bir imtahan Bakıda keçirilib. Yanvar ayı ərzində TQDK Sumqayıt, Lənkəran, Naxçıvan, Mingəçevir, Şəki, Əli Bayramlı, Neftçala, Salyan və Qubada da sınaq imtahanları keçirməyi nəzərdə tutur. TQDK-dan bildirilib ki, rayonların təhsil şöbələrinin razılığı əsasında onlar hər rayonda sınaq imtahanları keçirə bilərlər.
Xatırladaq ki, 2007-2008-ci tədris ili üçün ali məktəblərə qəbul yeni qaydalarla aparılacaq. Gələn ildən ali məktəblər üçün ixtisaslar 4 qrupa bölünəcək, ümumiləşmiş fənn bloku, eyni zamanda V qrup ləğv olunacaq. Bu qrupa aid olan pedaqogika və psixologiya ixtisasları III qrupa, sosiologiya ixtisası isə II qrupa yerləşdiriləcək. Abituriyentlər 5 fəndən imtahan verəcəklər. 4 əsas fənnə dair 25, əlavə olunan 5-ci fənnə görə isə 20 sual tapşırığı olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR