Bank Of Baku

Qəzetlərin satış qiyməti artırılacaq

Qəzetlərin satış qiyməti artırılacaq
# 08 yanvar 2007 12:46 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. Onun sözlərinə görə, qəzetlərin qiymətinin artacağı təqdirdə onların tirajı aşağı düşəcək ki, bu da mətbuatın vəziyyətinin daha da gərginləşməsinə səbəb olacaq. Şura sədri istənilən halda qəzetlərinin qiymətinin qalxmasının əleyhinə olduğunu bildirib: “Mən bunun tərəfdarı deyiləm, çünki Azərbaycanda qəzetlər onsuz da baha satılır. Azərbaycanda bir qəzetin alınmasına xərclənən pula Türkiyədə bir neçə qəzet almaq olar”. APA məsələ ilə bağlı bir neçə mətbuat orqanının rəhbərliyinin mövqeyini də öyrənib. “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov təmsil etdiyi qəzetin qiymətinin artırılacağını istisna etməyib: “Bu məsələni sabah müzakirə edib qərar qəbul edəcəyik”. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, bu məsələ ilə bağlı baş redaktorların toplantısı keçirilməli və vahid qərar qəbul olunmalıdır: “Qəzetlərin qiyməti qalxmalıdır. Bu qiymət artımı mətbuatın işinə təsirsiz ötüşməyəcək”. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qəzetlərin qiymətinin artırılmasına tərəfdar olmadığını bildirib: “İndi redaktorlar arasında bu məsələ ilə bağlı çaxnaşma düşüb. Amma mən qiymət artımına yol verməyəcəyəm. Xalqı sözlə imtahana çəkmək olmaz”. “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də enerji daşıyıcılarının qiymətinin artmasının bazara ciddi təsir etdiyini bildirib. Onun sözlərinə görə, indiki şəraitdə qəzet bazarında iki dəfə qiymət artımı baş verməlidir. “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev hazırda bununla bağlı müzakirələr apardıqlarını deyib: “Qiymətlər qalxsa, biz də öz qəzetimizin satış qiymətini qaldıracağıq. Ancaq bunu bütün qəzetlər bir yerdə etməlidir. Mən qəzetlərin qiymətinin artırılmasının tərəfdarıyam”. “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan artıq məsələ ilə bağlı bir neçə qəzet baş redaktoru ilə məsləhətləşmələrə başladıqlarını deyib: “Sabah bununla bağlı qəzet redaktorlarının toplantısı gözlənilir. Qəzetlərin qiyməti qalxacaqsa, bütün qəzetlər bu kursu seçməlidir”. A. Ayxan qəzetlərin qiymətinin artırılmasına tərəfdar olduğunu deyib. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu isə APA-ya açıqlamasında bildirib ki, yaxın perspektivdə qəzetin qiymətinin artırılması gözlənilmir. “Bu məsələ haqqında tələsik qərar vermək olmaz. Təbii ki, qəzetlərin qiymətinin artırılması barədə müzakirələrdən sonra qərar vermək olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR