Respublika Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi “Sintezkauçuk” zavodunda baş verən partlayışla əlaqədar birgə məlumat yayıb
İstintaqla müəyyən edilib ki, zavodda təkcə 2006-cı ildə bu hadisədən başqa texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarının pozulması nəticəsində 1 nəfərin ölümü, 2 nəfərin isə ağır zərər alması ilə nəticələnən daha 2 hadisə baş verib. Həmin hadisələrlə əlaqədar Sumqayıt şəhər prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanaraq, təqsirləndirilən şəxslər məhkəmə məsuliyyətinə cəlb olunub. Qanun pozuntularının səbəblərinin aradan qaldırılması üçün müəssisəyə təqdimatlar göndərilsə də, zavod rəhbərliyi tərəfindən heç bir nəticə çıxarılmayıb, baş verə biləcək qəzaların qarşısının alınması təmin edilməyib, nəticədə çoxsaylı insan tələfatı ilə nəticələnən daha bir ağır hadisə törədilib. Belə ki, dekabrın 29-da zavodun yüksək partlayış-yanğın təhlükəli Yeni Butadien sexində ikinci iş növbəsi zamanı birinci korpusda mərkəzdənqaçma nasosunun qəflətən dayanması və xammalın verilməsinin kəsilməsi barədə idarəetmə mərkəzində nəzarət ölçü cihazlarında siqnal lampası yanıb. Həmin vaxt idarəetmə mərkəzində olan sex rəisi İxtiyar Şahverdiyev və növbə rəisi Mətləb Şahmuradov sex və növbə rəisinin vəzifələri haqqında Təlimatların nasazlığı korpusa xidmət edən maşinistin təhlükəsizlik texnikası və partlayış təhlükəsizliyi qaydalarına riayət etməklə aradan qaldırıb-qaldırmamağını yoxlamaq və təmin etmək barədə tələblərini və sexin iş rejimi qaydalarını kobud surətdə pozaraq ikinci korpusa xidmət edən maşinist Şükufə Mustafayevanı öz əsas iş yerindən ayırıb maşinist Samirə Şıxəliyevaya ehtiyata dayanmış ikinci nasosu işə salmağı bildirməkdən ötrü birinci korpusa göndərib. Samirə Şıxəliyeva ehtiyat nasosu işə saldıqdan sonra çıxış xəttinin siyirməsi acılana qədər əmələ gəlmiş yüksək təzyiq borunun bir hissəsini dağıdaraq bir necə şəxsin ölümü ilə nəticələnən güclü partlayışa səbəb olub. Məlumatda bildirilir ki, sex rəisi İxtiyar Şahverdiyev və növbə rəisi Mətləb Şahmuradov əməyin mühafizəsi qaydalarını da pozub, ciddi zərurət olmadan növbə ərzində idarəetmə mərkəzində nəzarət-ölçü cihazlarına xidmət etməli olduqları halda Qafur Əliyev və Əntiqə Babayevanı sexə göndəriblər. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Eyni zamanda baş vermiş hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin mütəxəssisləri tərəfindən kompleks yoxlama həyata keçirilir. Qeyd edək ki, partlayış zamanı zavodun işçiləri Samırə Şıxəliyeva və Şükufə Mustafayeva hadisə yerində ölüb, Qafur Əliyev, Əntiqə Babayeva, Fikrət Həsənov və Salam Əhmədov agır dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qafur Əliyev yanvarın 1-də, Fikrət Həsənov isə yanvarın 6-da xəstəxanada vəfat ediblər. /APA/
Hadisə
Kürdəmirdə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Restoranın paltar dolabından 5 min dollar oğurlayan şəxs saxlanılıb
Xəbər Lenti
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO
Kürdəmirdə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
DÇ-2026: Braziliya Mərakeşlə qarşılaşacaq
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib
Tramp Şahbaz Şərifin ABŞ-İran razılaşmasının yaxın olduğuna dair fikirlərini bölüşür - FOTO
Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Rəsmi Tehran: ABŞ-la razılaşma yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur
İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır
Ukrayna ordusu Rusiyanın mühüm neft infrastrukturu obyektlərini vurub
İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
Hindistan ordusunun təyyarəsi qəzaya uğrayıb, 5 hərbçi ölüb - VİDEO - YENİLƏNİB
Əmək Müfəttişliyi azad edilmiş ərazilərdə maarifləndirmə tədbirləri keçirib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Bakıda "Son zəng" - FOTOLENT
Prezident İlham Əliyev Britaniya Kralına təbrik ünvanlayıb
Nazir: Tam orta təhsil modelində müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur
İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib
Restoranın paltar dolabından 5 min dollar oğurlayan şəxs saxlanılıb
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalınıb - FOTO
Emin Əmrullayev: Uşaqlar "Son zəng"i necə görmək istəyirlərsə, elə də keçirməlidirlər
Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir
Nazir: Azad edilmiş ərazilərdə 25 məktəbdə "Son zəng" tədbirləri keçirilir, 171 şagird məzun olur
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirib
Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək
AZAL Bakıdan Naxçıvana uçuşları bərpa edib - YENİLƏNİB
Azərbaycan nefti ucuzlaşıb