Bank Of Baku

Bakı Şəhər Təhsil İdarəsi məktəblərdən pul istəyən reket qəzetlərin adlarını açıqlayacaq

Bakı Şəhər Təhsil İdarəsi məktəblərdən pul istəyən reket qəzetlərin adlarını açıqlayacaq
# 08 yanvar 2007 13:31 (UTC +04:00)
Gələn həftə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) Mətbuat Şurası ilə birgə Bakıdakı təhsil ocaqları və KİV arasında əməkdaşlığın təkmilləşdirilməsinə dair Dəyirmi Masa keçirəcək. Tədbirdə ölkənin bütün aparıcı mətbuat orqanlarının, Mətbuat Şurasının nümayəndələri, millət vəkilləri iştirak edəcək. İdarənin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, dekabrın 1-dən başlayaraq bir ay ərzində Bakının şagird kontiginenti çox olan 11 məktəbinə müraciət edən qəzetlərin qeydiyyatı aparılıb. İlkin məlumatlara görə, həmin qəzetlərin heç biri ciddi qəzet deyil və onların heç birinin məqsədi real vəziyyəti əks etdirən material hazırlamaq olmayıb. BŞTİ bu reket qəzetlərin adlarını həmin tədbirdə açıqlayacaq. İdarə daha sonra bununla bağlı Mətbuat Şurasına müraciət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR