Bank Of Baku

Natiq Əfəndiyev barəsində Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcək

Natiq Əfəndiyev barəsində Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcək
# 08 yanvar 2007 13:43 (UTC +04:00)
Gəncənin sabiq polis rəisi, ADP fəalı Natiq Əfəndiyev barəsində Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcək. Bu barədə APA-ya məlumat verən N. Əfəndiyevin vəkili Vüqar Xasayev bildirib ki, şikayət Ali Məhkəməyə bu həftə təqdim olunacaq. N. Əfəndiyevlə mütəmadi görüşdüyünü deyən vəkil sabiq rəisin səhhətinin normal olduğunu bildirib. Qeyd edək ki, Daşkəsən rayon Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 228.2-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham olunan N. Əfəndiyevin 5 il müddətinə həbs cəzasına məhkum olunması barədə qərar çıxarılıb. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR