Bank Of Baku

Gəncədə piyadanı vurub qaçmış sürücünün şəxsiyyəti müəyyənləşdirilib

Gəncədə piyadanı vurub qaçmış sürücünün şəxsiyyəti müəyyənləşdirilib
# 08 yanvar 2007 14:03 (UTC +04:00)
Dünən axşam saat 20:30 radələrində Gəncə şəhəri, Mehmandarov küçəsi, 101 saylı evin qarşısında 45-50 yaşlı bir kişi naməlum avtomobil tərəfindən vurulub. Bu barədə məlumat APA-nın qərb bürosuna Gəncə Şəhər Polis İdarəsindən verilib. Piyada hadisə yerindəcə dünyasını dəyişib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Bu, 1950-ci il təvəllüdlü Gəncə şəhər sakini Həsənov Əli Yaqub oğludur. O, qəzanı idarə etdiyi “VAZ-2106” markalı 12 BB 399 dövlət nömrə nişanlı avtomobillə törədib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR