Bank Of Baku

“Qarabağ partizanları”nın Hüquqlarını Müdafiə Komitəsi Ali Məhkəmənin Plenumuna əlavə kasasiya şikayəti verib

“Qarabağ partizanları”nın Hüquqlarını Müdafiə Komitəsi Ali Məhkəmənin Plenumuna əlavə kasasiya şikayəti verib
# 08 yanvar 2007 14:11 (UTC +04:00)
“Qarabağ partizanları”nın Hüquqlarını Müdafiə Komitəsi və onların valideynləri həbsdə olan 12 nəfər “Qarabağ partizanı” barəsindəki məhkəmə hökmündən Ali Məhkəmənin Plenumuna əlavə kasasiya şikayəti veriblər. “Qarabağ partizanları”nın Hüquqlarını Müdafiə Komitəsindən APA-ya bildirilib ki, onların əfv olunması üçün valideynləri tərəfindən Prezident yanında Əfv Komissiyasına da müraciət olunub. Müdafiə Komitəsindən verilən digər məlumata görə, “partizan”lardan Ədalət Ağayevin cəzasının 1 il azaldılması ilə bağlı 2005-ci ilin martında çıxarılan hökm indiyədək icraya göndərilməyib.
Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə isə APA-ya bildirib ki, baş verən anlaşılmazlıqla bağlı onlarda məlumat var və Ə. Ağayevin cəza müddətinin 1 il azaldılması haqda Ali Məhkəmənin qərarı yaxın bir neçə gün ərzində icra üçün 13 saylı cəzaçəkmə müəssisəsinə göndəriləcək.
Xatırladaq ki, 2003-cü ildə 23 nəfər gənc dəstə yaradaraq Qarabağda partizan hərəkatına başlamağa cəhd göstəriblər. Lakin onlar nəzərdə tutduqları planı həyata keçirə bilməyiblər və bir müddətdən sonra həbs olunublar. “Partizan”lardan birinə ömürlük, digərlərinə isə 5 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzaları verilib. 2005-ci ildə isə onlardan 11-i azadlığa buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR