Bank Of Baku

Bakıdakı uşaq bağçalarının sayı azaldılacaq

Bakıdakı uşaq bağçalarının sayı azaldılacaq
# 08 yanvar 2007 14:15 (UTC +04:00)
Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) uşaq bağçalarında apardığı yoxlamaları yanvarın sonu-fevralın əvvəlində tamamlayacaq. İdarədən APA-ya verilən məlumata görə, bayramlarla əlaqədar yoxlamalara fasilə verilsə də, bu gündən uşaq bağçalarında araşdırmalara yenidən başlanılıb. Yoxlamalar zamanı uşaq bağçalarının maddi-texniki vəziyyəti, mövcud problemləri, kiçik yaşlıların bu təhsil müəssisələrinə cəlb olunması və s. ilə bağlı məlumatlar öyrənilir. Yoxlamalar Bakıdakı 348 uşaq bağçasının hamısında aparılacaq. İndiyədək onların 50%-i yoxlanılıb. Araşdırmaların sonundan asılı olaraq Bakıdakı uşaq bağçalarının sayının azaldılacağı da gözlənilir. Bundan əlavə, fəaliyyətində neqativ hallara yol verən bağça direktorları cəzalandırıla bilər.
Xatırladaq ki, BŞTİ artıq paytaxtdakı orta məktəblərdə belə monitorinq keçirib. Monitorinq nəticəsində Bakının 8 məktəbinin direktoru tutduğu vəzifədən azad edilib, 7 məktəb direktoruna töhmət verilib, 13 məktəbin direktoruna isə son xəbərdarlıq edilib. BŞTİ həmin direktorların fəaliyyətini 6 aydan sonra yenidən yoxlayacaq və bu zaman da nöqsanlar aşkarlanarsa, onları vəzifələrindən azad edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR