Bank Of Baku

Ötən il dünyanın 21 ölkəsində 113 jurnalist öldürülüb

Ötən il dünyanın 21 ölkəsində 113 jurnalist öldürülüb
# 08 yanvar 2007 14:32 (UTC +04:00)
Ötən il dünyanın 21 ölkəsində 113 jurnalist öldürülüb. Bu rəqəm “Sərhədsiz reportyorlar” təşkilatının illik hesabatında öz əksini tapıb. APA-nın məlumatına görə, hesabatda media təmsilçilərinə qarşı təzyiqlərlə bağlı statistik rəqəmlər öz əksini tapıb. Hesabata əsasən, 2006-cı ildə dünyada 871 media təmsilçisi həbs olunub, 1472 jurnalist fiziki təzyiqlərə məruz qalıb, 912 jurnalist senzura ilə üzləşib. Təşkilat media azadlığının pis vəziyyətdə olduğu ölkələrin də adlarını açıqlayıb. Siyahıya İraq, Meksika, Filippin, Livan, Tailand, Şimali Koreya, Türkmənistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və İran başçılıq edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR