Bank Of Baku

Metroda gediş haqlarının ödənilməsi üçün çeklərin verilməsi sabahdan dayandırılacaq

Metroda gediş haqlarının ödənilməsi üçün çeklərin verilməsi sabahdan dayandırılacaq
# 08 yanvar 2007 14:32 (UTC +04:00)
Metroda gediş haqlarının ödənilməsi üçün çeklərin verilməsi sabahdan dayandırılacaq. Bu barədə APA-ya Bakı Metropoliteninin hərəkət xidmətindən məlumat verilib. Metropolitendən bildirilib ki, çeklərin satışı kartların çatışmazlığı ilə əlaqədar olub. Bu problemi aradan qaldırmaq üçün Ukrayna şirkətinə sifariş edilən 50 min kart artıq ölkəyə gətirilib. Sabahdan həmin kartlar satışa buraxılacaq və gediş haqlarının ödənilməsi üçün sərnişinlərə çek verilməsinə ehtiyac qalmayacaq. Qeyd edək ki, Bakı Metropolitenində əvvəlcə 400 min kart olub. Daha 200 min yeni kartın alınması üçün bir müddət əvvəl Ukrayna şirkətinə sifariş verilib. Kartlardan 50 mininin dekabrın sonunda gətirilməsi nəzərdə tutulsa da, bayramlarla əlaqədar bu iş ləngiyib. Qalan 150 min kartın isə yanvarın ortalarında ölkəyə gətirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR