Bank Of Baku

Azərbaycanlı hacıların bir hissəsi vətənə qayıdıb

Azərbaycanlı hacıların bir hissəsi vətənə qayıdıb
# 08 yanvar 2007 14:43 (UTC +04:00)
Həcc ziyarətini başa vuran azərbaycanlı hacıların bir qrupu artıq vətənə qayıdıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Məlumata görə, bu gün azərbaycanlı hacıları Məkkədən gətirən birinci avtobus karvanının Astara Gömrük Keçid Məntəqəsindən keçidi başa çatacaq. İki gün sonra isə ikinci avtobus karvanı ölkəyə çatacaq. Bu günə kimi hacıların təyyarə ilə vətənə qayıdışı cəmi bir reyslə həyata keçirilib.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətində 4500 nəfər iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR