Bank Of Baku

Azərbaycanlı hacılardan 144 nəfəri təyyarə reysi olmadığı üçün Mədinədə qalıb

Azərbaycanlı hacılardan 144 nəfəri təyyarə reysi olmadığı üçün Mədinədə qalıb
# 08 yanvar 2007 15:49 (UTC +04:00)
“Karvan” turist şirkətinin xətti ilə Həcc ziyarətinə getmiş 144 zəvvar təyyarə reysi olmadığı üçün iki gündür Mədinə şəhərində qalıb. Bu barədə APA-ya şirkətin Mədinədəki nümayəndəsi Hacı Mirhəmid Məmmədov məlumat verib. Şirkətə yerlərin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ayrıldığını bildirən Hacı Mirhəmid idarənin zəvvarları geri qaytarmadığını qeyd edib: “Hazırda burada gözləyirik. Təyyarə nəyə görə yoxdur, nə zaman olacaq, bu barədə bizə bir söz deyilmir və heç bir izahat verilmir. Halbuki Qafqaz Müsəlmanları İdarəsi zəvvarları həm gətirməyə, həm də qaytarmağa borcludur”. QMİ-nin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev isə APA-ya açıqlamasında zəvvarların Mədinədə qalmasının idarədən asılı olmadığını bildirib. Onun sözlərinə görə, hazırda zəvvarların qaytarılması üçün mümkün addımlar atılır: “Digər tərəfdən, bunu faciəyə çevirmək lazım deyil. Həmin şəxslər müqəddəs bir yerdə qalıblar və ibadət edirlər. Biz zəvvarlar arasında heç bir ayrı-seçkilik etməmişik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR