Bank Of Baku

Gəncə üzrə abituriyentlərin qəbul imtahanlarında topladığı orta bal respublika üzrə göstəricidən 9.3 faiz aşağıdır

Gəncə üzrə abituriyentlərin qəbul imtahanlarında topladığı orta bal respublika üzrə göstəricidən 9.3 faiz aşağıdır
# 08 yanvar 2007 13:22 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə 23 rayonun təhsil idarələrinin nümayəndələri, məktəb direktorları və fənn müəllimləri iştirak edib. TQDK sədri Məleykə Abbaszadə çıxış edərək qəbul imtahanlarının nəticələrini təhlil edərək abituriyentlərin əldə etdikləri müsbət və mənfi nəticələri tədbir iştirakçılarına çatdırıb. O, Qərb bölgəsinin şəhər və rayonlarından olan abituriyentlərin coğrafiya fənninə daha çox diqqət yetirdiklərini bildirib. TQDK sədrinin sözlərinə görə, təkcə Gəncədə abituriyentlərin coğrafiya fənni üzrə göstəricisi respublika üzrə orta göstəricisindən yüksəkdir. Bu fənn üzrə ən yüksək göstərici isə Mingəçevir şəhərinə aiddir. Tədbirdə çıxış edən iştirakçılar öz təklif və iradlarını TQDK sədrinə çatdırıblar. Tədbirin sonunda TQDK tərəfindən yeni dəyişikliklərə uyğun olaraq təşkil olunmuş sınaq imtahanlarının bir qisminin cavabları operativ olaraq yoxlanaraq iştirakçılara çatdırılıb. Bundan başqa TQDK tərəfindən hər bir şəhər və rayona dair 2006-cı il məzunlarının qəbul imtahanlarında göstərdiyi nəticələrə dair statistik məlumatların əks olunduğu bukletlər tədbir iştirakçılarına verilib. Qeyd edək ki, 2006-ci ildə Gəncənin orta məktəblərindən 3364 şagird məzun olub. 2006/2007-ci il qəbul imtahanlarında Gəncə şəhərindən 2702 məzun ali məktəblərə sənəd verib. Qəbul imtahanlarının nəticələrinə görə, ali məktəblərə sənəd verənlərin 22.97 faizi, yəni, 614 abituriyent tələbə adını qazanıb. Onlardan 346 nəfəri dövlət ali məktəblərinin ödənişsiz, 242 nəfəri ödənişli fakültələrinə qəbul olub. Qəbul imtahanlarında Gəncədən olan 130 məzun 500-dən, o cümlədən 27 məzun 600-dən çox bal toplayıb. Gəncə orta məktəblərini bitirən məzunların əksəriyyəti Gəncə Dövlət Universitetinə, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına və Azərbaycan Texnologiya Universitetinə daxil olub. Abituriyentlərin qəbul imtahanlarında yığdıqları orta bal 184.555-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 9.3 faiz aşağıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR