Bank Of Baku

Bakıda qəsəbə nümayəndəliklərinin himayəsində olan bağçaların maliyyələşdirilməsi Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilib

Bakıda qəsəbə nümayəndəliklərinin himayəsində olan bağçaların maliyyələşdirilməsi Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilib
# 09 yanvar 2007 09:34 (UTC +04:00)
Bu ildən paytaxtın qəsəbə nümayəndəliklərinin himayəsində olan bağçalar Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən maliyyələşdiriləcək. İdarədən APA-ya bildiriblər ki, indiyədək həmin təhsil müəssisələrini qəsəbə nümayəndəlikləri maliyyələşdirirdi və belə bağçaların sayı hazırda 107-dir. Bağçaların maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. İl ərzində məktəbəqədər tərbiyə müəssisəsində bir uşağın saxlanılması üçün büdcədən 334 manat ayrılır. Qeyd edək ki, hazırda paytaxtda 348 məktəbəqədər tərbiyə müəssisəsi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Həmin müəssisələrin 113-ü özəlləşdirməyə açıq elan edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR