Bank Of Baku

Dövlət Baytarlıq Xidmətinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində apardığı araşdırma zamanı ev quşlarının “quş qripi”ndən tələfatı qeydə alınmayıb

Dövlət Baytarlıq Xidmətinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində apardığı araşdırma zamanı ev quşlarının “quş qripi”ndən tələfatı qeydə alınmayıb
# 09 yanvar 2007 09:44 (UTC +04:00)
Dövlət Baytarlıq Xidmətinin (DBX) Füzuli rayonunun Böyük Bəhmənli kəndində apardığı araşdırmalar zamanı ev quşlarının “quş qripi” virusundan tələfatı qeydə alınmayıb. Bu barədə APA-ya DBX-nin mətbuat mərkəzindən məlumat verilib. DBX-dən bildiriblər ki, ölkə ərazisində aparılan monitorinqlər zamanı ümumiyyətlə “quş qripi” virusu xəstəliyinə təsadüf edilməyib.
DBX-dən o da qeyd olunub ki, “quş qripi” virusundan qorunması üçün sərhəd keçid məntəqələri fəaliyyətini ciddi iş rejimində davam etdirir. Xəstəlik baş verən ölkələrdən diri quş, quş məhsulları, yem və yem əlavələrinin gətirilməsinə qoyulan qadağaya xüsusi nəzarət edir. eyni zamanda hər bir rayon baytarlıq idarəsinə lazımi miqdarda dezinfeksiyaedici maddələr, xüsusi geyim və çiləyici avadanlıqlar çatdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR