Bank Of Baku

Ağcabədi rayonunun Qovşaq kənd sakini heroin satarkən yaxalanıb

Ağcabədi rayonunun Qovşaq kənd sakini heroin satarkən yaxalanıb
# 09 yanvar 2007 10:31 (UTC +04:00)
Ağcabədi rayonunun Qovşaq kənd sakini Rafiq Səfiyev Yevlax rayonu ərazisində 200 qram heroini 5000 ABŞ dollarına satarkən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və idarənin Qərb regional şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. Bu barədə APA-ya regional şöbənin rəisi Ədalət Abbasov məlumat verib. Ə. Abbasov bildirib ki, sonradan R. Səfiyevin Qovşaq kəndində yerləşən evində aparılan axtarış zamanı əlavə olaraq 1 kiloqram heroin aşkar edilib. 43 yaşlı R. Səfiyev ilkin dindirmə zamanı etiraf edib ki, heroini qazanc əldə etmək məqsədilə satmaq istəyirmiş. Ə. Abbasov onu da əlavə edib ki, “qara bazar”da heroinin bir kiloqramının qiyməti təxminən 40 000 ABŞ dollarıdır. Faktla bağlı materiallar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinə göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR