Bank Of Baku

Türkiyədə yayımlanan “Delta FM 87.5” radiosunda Qarabağ haqqında verilişlərin efirə verilməsinə başlanılıb

Türkiyədə yayımlanan “Delta FM 87.5” radiosunda Qarabağ haqqında verilişlərin efirə verilməsinə başlanılıb
# 09 yanvar 2007 10:40 (UTC +04:00)
Türkiyədə yayımlanan “Delta FM 87.5” İstanbul radiosunda bu gündən başlayaraq hər gün saat 8-10 arası Qarabağ haqqında verilişlərin efirə verilməsinə başlanılıb. Bu barədə APA-ya həmin proqramın aparıcısı Fidan Quliyeva məlumat verib. Onun sözlərinə görə, “İşğal edilmiş torpaqları unutmayaq!” şüarı altında hazırlanacaq proqramda Qarabağda baş verən hadisələr dünya ictimaiyyətinə çatdırılacaq. Gələcəkdə proqramın efir vaxtının uzadılacağı istisna edilmir.
Qeyd edək ki, “Delta FM 87.5” İstanbul radiosunun rəhbəri vaxtı ilə Azərbaycanda fəaliyyət göstərən “Sara” Teleradio Şirkətinin prezidenti Rəsul Raufdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR