İstedadlı uşaqların aşkarlanması məqsədilə Azərbaycanda “İstedad bankı” yaradılacaq

İstedadlı uşaqların aşkarlanması məqsədilə Azərbaycanda “İstedad bankı” yaradılacaq
# 09 yanvar 2007 14:45 (UTC +04:00)
İstedadlı uşaq və gənclərin aşkarlanması məqsədilə Azərbaycanda “İstedad bankı”ı yaradacaq. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bunun üçün artıq rayonlar üzrə istedadlı şagirdlərin siyahıları toplanaraq ümumiləşdirilib. Bu iş prezidentin ötən ilin aprelində təsdiqlədiyi “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər) çərçivəsində görülür. Həmin proqrama müvafiq olaraq, artıq istedadlı uşaq və gənclərin aşkara çıxarılmasına xidmət edən test toplularının, diaqnostik metodikaların, elmi-metodik ədəbiyyatların hazırlanması ilə əlaqədar müsabiqə elan edilib. Bundan əlavə, “İstedad” elmi-metodik jurnalının əsasnamə layihələri hazırlanıb, məktəblilərin fənn olimpiadalarına hazırlıq mərkəzlərinin yaradılması barədə yerlərə məktublar göndərilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR