Azərbaycanlı hacıların vətənə qayıdışları ilə bağlı yaranan problem həll edilib

Azərbaycanlı hacıların vətənə qayıdışları ilə bağlı yaranan problem həll edilib
# 09 yanvar 2007 14:46 (UTC +04:00)
Həcc ziyarətinə “Karvan-D” şirkətinin xətti ilə gedən və vətənə qayıdışlarında çətinliklər yaranan azərbaycanlı hacılar sabah səhər saat 4-də Ciddə-Bakı marşrutu ilə yola salınacaq. Bu barədə APA-ya “Karvan-D” şirkətindən məlumat verilib. Məlumata görə, hacıların vətənə qayıtması ilə bağlı problem aradan qaldırılıb və onlar sabah səhər saat 9-da Bakıda olacaqlar. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) də APA-ya bildiriblər ki, hacıların vətənə qayıtmaları ilə bağlı yaranan problem həll edilib. QMİ-dən həmçinin deyiblər ki, bu günə kimi Ciddə-Bakı marşrutu ilə hacıların vətənə dönüşü üçün cəmi bir təyyarə reysi həyata keçirilib. Avtobusla Həccə gedənləri gətirən sonuncu avtobus karvanı isə sabah vətəndə olacaq. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətində 4500 nəfər iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR