Bank Of Baku

Ömürlük həbs cəzasına məhkum edilmiş bir qrup məhbus fiziki təzyiqə məruz qalmaları ilə bağlı prokurorluğa və məhkəməyə müraciət edəcək

Ömürlük həbs cəzasına məhkum edilmiş bir qrup məhbus fiziki təzyiqə məruz qalmaları ilə bağlı prokurorluğa və məhkəməyə müraciət edəcək
# 11 yanvar 2007 16:33 (UTC +04:00)
Bu gün vəkil Elman Osmanov Qobustan qapalı həbsxanasında cəza çəkən, ömürlük həbs cəzasına məhkum edilmiş Dəyanət Kərimov, Rahib Mənsimov, Arif Hacıyev və Anar İsmayılovla görüşüb. Bu barədə APA-ya vəkilin özü məlumat verib. E.Osmanov bildirib ki, adı çəkilən məhkumlar 15 il problemi ilə bağlı yenidən Qarabağ rayon Məhkəməsinə müraciət etməyə hazırlaşırlar. Bunun üçün lazımi sənədləri toplayırlar. Bundan başqa, həmin məhkumlar 2005-ci il fevralın 19-da Qobustan həbsxanasında baş veriş etiraz aksiyaları zamanı qara maskalılar tərəfindən fiziki təzyiqə məruz qalmaları ilə bağlı Qaradağ rayon Prokurorluğuna və Məhkəməsinə müraciət edəcəklər.
Qeyd edək ki, 2005-ci ilin fevralında bir neçə Cəzaçəkmə Müəssisəsində və Qobustan həbsxanasında etiraz aksiyaları keçirilmişdi. Həmin aksiyaların qarşısı hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsi nəticəsində alınmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR