Bank Of Baku

Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edən təyyarənin sərnişinləri başqa təyyarə ilə Ufaya çatdırılıblar

Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edən təyyarənin sərnişinləri başqa təyyarə ilə Ufaya çatdırılıblar
# 12 yanvar 2007 08:57 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” Dövlət Konserninin vətəndaşların təklif, ərizə və şikayətləri şöbəsinin rəisi Məhərrəm Səfərli məlumat verib. M.Səfərli bildirib ki, gecə “Başqırdıstan Hava Yolları” aviaşirkəti Bakıya Tu-134 tipli başqa təyyarə göndərib və bununla, problem aradan qaldırılıb.
Qeyd edək ki, dünən Bakı-Ufa aviareysini həyata keçirmək saat 13.53 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanından səmaya qalxan “Başqırdıstan Hava Yolları” aviaşirkətinə məxsus Tu-134 tipli təyyarə pilotun qarşısındakı şüşədə çat yarandığından 15.57-də Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Təyyarədə 65 sərnişin olub. Məcburi eniş zamanı sərnişinlərin heç biri xəsarət almayıb. Yaranan problemi araşdırmaq üçün “Başqırdıstan Hava Yolları”na məxsus mütəxəssislər Bakıya gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR