Bank Of Baku

Qüdrət Həsənquliyevin qardaşı Nadir Həsənquliyevi qətlə yetirən Anar İsmayılov yaxın günlərdə dindiriləcək

Qüdrət Həsənquliyevin qardaşı Nadir Həsənquliyevi qətlə yetirən Anar İsmayılov yaxın günlərdə dindiriləcək
# 12 yanvar 2007 09:48 (UTC +04:00)
Bu barədə APA-ya A. İsmayılovun vəkili Elman Osmanov məlumat verib. Vəkil bildirib ki, A.İsmayılov qətllə bağlı indiyədək açıqlamadığı məqamlar barədə istintaqa və Q.Həsənquliyevə məlumat vermək istəyir. Q.Həsənquliyev APA-ya açıqlamasında qətllə bağlı istintaqın təzələndiyini deyib: “Baş prokurorun birinci müavini Rüstəm Usubov mənə bildirib ki, istintaq yenilənib və işin icraatı Zakir Qaralovun köməkçisi Eldar Əhmədova tapşırılıb. Mən Eldar Əhmədovla da görüşmüşəm. Eldar Əhmədov yaxın günlərdə Anar İsmayılovla şəxsən görüşəcəyini bildirib. Bayramlarla əlaqədar məsələ bir neçə gün yubandı”.
Qeyd edək ki, N.Həsənquliyev 2001-ci ildə qətlə yetirilib. Qətldə təqsirləndirilən A.İsmayılov hadisəni münaqişə zəminində törətdiyini iddia etsə də, zərərçəkmiş tərəf cinayətin “Azərenerji”nin keçmiş prezidenti Müslüm İmanovun oğlu Kamal İmanovun sifarişi ilə həyata keçirildiyini bildirib. Hadisədən sonra K.İmanov barəsində axtarış elan edilib. İki ay əvvəl isə A.İsmayılov Q.Həsənquliyevə məktub göndərərək, cinayəti sifarişlə törətdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR