Bank Of Baku

Gəncədə aztəminatlı şəxslər üzərində pulsuz göz əməliyyatı aparılacaq

Gəncədə aztəminatlı şəxslər üzərində pulsuz göz əməliyyatı aparılacaq
# 12 yanvar 2007 10:04 (UTC +04:00)
Sabah Gəncə şəhər Oftalmoloji Xəstəxanasında şəhərin aztəminatlı ailələrinin üzvlərinin göz nahiyəsində cərrahiyyə əməliyyatı aparılacaq. APA-nın Qərb bürosunun məlumatına görə, həkimlər briqadası günün ikinci yarısında xəstəxanaya gələrək sabah keçiriləcək əməliyyat üçün hazırlıq işləri və konsultasiya aparacaqlar. Oftalmoloji xəstəxanadan APA-nın Qərb bürosuna verilən məlumata görə, cərrahiyyə əməliyyatlarını Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri aparacaqlar. Həkimlər briqadasına professor Çingiz Cərullazadə rəhbərlik edir. Mərkəzi Neftçilər Xəstəxanasının həkimlər briqadası iki gün ərzində 20 cərrahiyyə əməliyyatı keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR