Bank Of Baku

TQDK Lənkəranda zona müşavirəsi və sınaq test imtahanları keçirib

TQDK Lənkəranda zona müşavirəsi və sınaq test imtahanları keçirib
# 12 yanvar 2007 10:32 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəranda cənub rayonlarının təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirin əsas məqsədi ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun nəticələrini, nailiyyətlərini və vəzifələrini ictimaiyyətin diqqətinə çatdırmaq olub. Müşavirədə 1992-ci ildən 2006-cı ilə kimi ali məktəblərə aparılan imtahanların nəticələri açıqlanıb. Qeyd olunub ki, cənub zonası üzrə 17 rayonun aid olduğu bölmədə ən yüksək göstəricini Neftçala rayonu əldə edib. Belə ki, Neftçaladan olan abituriyentlər öz orta ixtisas qiymətlərini imtahanlarda təsdiq ediblər. Ödənişsiz ixtisaslara qəbulda da birinciliyi neftçalalı gənclər qazanıblar. Riyaziyyat fənni üzrə Lerik, ingilis dili üzrə Neftçala və Əlibayramlı, coğrafiya üzrə Əlibayramlı, kimya üzrə Neftçala, fizika üzrə isə Lənkəran ən yüksək göstərici əldə edib.
Həmin gün TQDK Lənkəranda sınaq test imtahanları da keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR