Bank Of Baku

Neftçilər prospektində yanğın olub

Neftçilər prospektində yanğın olub
# 12 yanvar 2007 13:41 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının Fövqəladə Hallar Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi rəisinin müavini Rza Xudiyevdən aldığı məlumatına görə, saat 14.21-də mərkəzi rabitə qovşağına yanğın barədə məlumat daxil olub. Səbayel Yanğın Təhlükəsizliyi Xidməti 2 saylı çağırışla 6 dəqiqə sonra hadisə yerinə gəlib. 14.45-də yanğın məhdudlaşdırılıb, 15.00-da isə tam söndürülüb. R.Xudiyev yanğının 4-cü mərtəbədə baş verdiyini, qonşu mənzillərə zərər dəymədiyini və xəsarət alanların olmadığını söyləyib: “Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Hələlik heç nə demək mümkün deyil”.
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumatda isə bildirilib ki, yanğın nəticəsində 1983-cü il təvəllüdlü Nəcəfova Kamilə Fikrət qızına məxsus, ümumi sahəsi 50 kv.m. sahədə olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanıb. Mənzilin mətbəxi, dəhlizi və bitişik mənzillər yanğından mühafizə olunub. Dəyən ziyan müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR