Bank Of Baku

Erməni əsirliyində olan azərbaycanlı əsirlərdən 451 nəfəri qətlə yetirilib

Erməni əsirliyində olan azərbaycanlı əsirlərdən 451 nəfəri qətlə yetirilib
# 12 yanvar 2007 14:01 (UTC +04:00)
Bu barədə APA-ya DK-dan məlumat verilib. Komissiyadan bildirilib ki, 2007-ci il yanvarın 1-ə olan məlumata görə, itkin düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının sayı 4566 nəfərdir. Onların 3662-si hərbçi, 896-sı mülki şəxsdir. Mülki şəxslərdən 53-ü uşaq (18 nəfər azyaşlı qız), 392-si qoca (179 nəfər yaşlı qadın), 98-i ortayaşlı qadın, 356-sı ortayaşlı kişidir. Əsir və itkin düşmüş 4566 nəfərdən 783-ün əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. İndiyədək əsir və girovluqdan 1389 nəfər azad edilib ki, onlardan 342-si qadın, 1047-si kişidir. Əsirlikdən azad edilmiş 1389 nəfərdən 169-u uşaq (onlardan 65-i azyaşlı qız), 288 nəfəri qoca (112-si yaşlı qadın), 165 nəfəri ortayaşlı qadın, 767 nəfəri ortayaşlı kişidir. DK-ya daxil olmuş materialların təhlili zamanı 451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyənləşdirilib. Onlardan 86 nəfəri qadın, 365 nəfəri kişidir. 124 nəfərin yalnız adı məlumdur, 69 nəfər isə naməlum şəxsdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR