Bank Of Baku

Gəncədə maye qazla işləyən nəqliyyat vasitələrinin aşkarlanması məqsədilə reyd keçirilib

Gəncədə maye qazla işləyən nəqliyyat vasitələrinin aşkarlanması məqsədilə reyd keçirilib
# 12 yanvar 2007 14:10 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə şəhər Yol Polisi Şöbəsinin əməkdaşları maye qazla işləyən nəqliyyat vasitələrinin aşkar olunması üçün şəhərin müxtəlif yerlərində reydlər keçirib. Şöbədən APA-nın Qərb bürosuna verilən məlumata görə, reyd zamanı 14 belə hal aşkar edilib və belə maşınların sürücüləri inzibati qaydada cərimələnib. Reydin keçirilməsində əsas məqsəd sürücülərin idarə etdikləri nəqliyyat vasitələrinə icazəsiz qaz balonlarının və əlavə oturacaqların quraşdırmalarının qarşısını almaqdır. Reyd zamanı bu cür qanunsuz hallara yol verən sürücülər minimum əmək haqqının 3 mislindən 8 mislinədək cərimələnib. Saxlanılan nəqliyyat vasitələri isə cərimə meydançasına aparılıb, quraşdırılmış qaz balonları söküldükdən sonra yenidən xəttə buraxılıb. Qeyd edəkki, BDYPİ Gəncə şəhər Yol Polisi Şöbəsinin reydləri yanvarın 20-dən sonra yenidən davam etdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR