Bank Of Baku

Dövlətə xəyanətdə ittiham olunan daha bir Azərbaycan hərbiçisinin məhkəməsi başlayıb

Dövlətə xəyanətdə ittiham olunan daha bir Azərbaycan hərbiçisinin məhkəməsi başlayıb
# 12 yanvar 2007 14:31 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə ittiham olunan daha bir hərbiçinin işi üzrə məhkəmə prosesi başlayıb. Proses məhkəmənin hakimi İmran Hüseynovun sədrliyi ilə keçirilir. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi İlkin Şöhləddin oğlu Hüseynov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 335.2-ci (öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma) maddələri ilə təqsirləndirilir. Məhkəmə prosesi qapalı keçirildiyindən əlavə məlumat verilmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR