Bank Of Baku

Mətbuat Şurası qəzetlərin qiymətinin artırılması ilə bağlı səslənən təklifləri müzakirə edib

Mətbuat Şurası qəzetlərin qiymətinin artırılması ilə bağlı səslənən təklifləri müzakirə edib
# 12 yanvar 2007 14:32 (UTC +04:00)
Bu gün Mətbuat Şurası (MŞ) baş redaktorlarla birlikdə qəzetlərin qiymətinin artırılması ilə bağlı səslənən təklifləri müzakirə edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov Tarif Şurasının enerji daşıyıcılarının qiymətini artırmasından sonra bir neçə qəzetin vəziyyətdən çıxış yolu kimi satış qiymətini qaldırdığını, bir qismi gələn həftədən bu addımı atmağı düşünür, digər bir qisim isə, ümumiyyətlə, bu addımın əleyhinədir. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qəzetlərinin qiymətinin artırılmasının vəziyyətdən çıxış yolu olmadığını deyib. Onun sözlərinə görə, vəziyyətdən çıxış yol ilə bağlı ya Nazirlər Kabinetinə, ya da dövlət başçısına təkliflər göndərilməlidir. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə vəziyyətin belə davam edəcəyi təqdirdə bəzi qəzetlərin bağlana biləcəyini deyib. Tədbirin sonunda səsləndirilən təkliflərin ümumiləşdirilərək MŞ-nın növbəti iclasında müzakirə olunacağını, məsələ ilə bağlı dövlət başçısına məktub ünvanlanması barədə razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR