Bank Of Baku

Yanvarın 19-da Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin sabiq əməkdaşlarına hökm oxunacaq

Yanvarın 19-da Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin sabiq əməkdaşlarına hökm oxunacaq
# 12 yanvar 2007 15:19 (UTC +04:00)
Bu gün Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 7 sabiq əməkdaşının barəsindəki məhkəmə hökmündən verilən şikayət üzrə proses keçirilib. Apellyasiya Məhkəməsindən APA-ya bildirilib ki, məhkəmə araşdırması yekunlaşıb. Prosesdə təqsirləndirilənlərin vəkilləri, dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilənlər barəsində hökmün qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib. Proses yanvarın 19-da qərarın elan olunması ilə yekunlaşacaq. Xatırladaq ki, təqsirləndirilənlər sırasında 7 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi Salman Nəcəfov, Müalicə Müəssisəsinin sabiq rəisi Nizami Nağıyev və müəssisənin digər vəzifəli şəxsləri Səlahəddin Şirinov, Xəqani Nəbiyev, Elşad Quliyev, Yadigar Qurbanov, Vəli Vəliyev və Xəqani Həşimov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), 314.2-ci (səhlənkarlıq), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə məsuliyyətə cəlb olunublar. Həmin şəxslər 7 saylı CM-də cəza çəkən 20-dək məhkumun saxta sənədlərlə qanunsuz olaraq azadlığa buraxılmasında iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR